Gəncədə 3 qadını aldadan şəxsə cinayət işi AÇILDI
    • 7-02-2020, 16:12
    • 1 435

Gəncədə 3 qadını aldadan şəxsə cinayət işi AÇILDI

Gəncədə dələduzluqla məşğul olan şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, 3-ü qadın olmaqla 4 nəfəri aldadaraq xeyli pul alan Ramin Verdiyev barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, dələduzluq – təkrar törədildikdə maddəsi ilə iş açılıb. Artıq iş üzrə ibtidai istintaq başa çatıb və materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinə hakim Roman Ələkbərli sədrlik edəcək və hazırlıq iclası 19 fevralda keçiriləcək.