Ağlasığmaz dəhşət - Qadın ərini geri qaytarmaq üçün uşağının bədəninə iynə yeritdi
    • 7-07-2018, 14:58
    • 1 313

Ağlasığmaz dəhşət - Qadın ərini geri qaytarmaq üçün uşağının bədəninə iynə yeritdi

Tacikistanda dəhşətli hadisə baş verib. Əri Rusiyada olan qadın onu geri qaytarmaq üçün qəribə ayinə əl atıb. O körpə oğlunun bədəninə 10 dənə böyük ölçülü iynə yeridib.

Bu barədə news24.az Rusiya KİV-lərinə istinadən məlumat verir.

Hadisə Düşənbədən 15 km. cənubda Rudaka rayonunda baş verib. Körpə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Rentgen müayinəsi zamanı uşağın kəllə sümüyündə, ayaqlarında, sinəsində, boynundavə digər nahiyələrdə iynələr aşkarlanıb.

Bu ayini Vudu tilsimləri əsasında bilərək yerinə yetirdiyini deyən anaya qarşı cinayət işi açılıb.

İlhamə