-
- 7-02-2020, 19:06
- 1 197
“Yüksəliş” sınaq testi sabahdan BAŞLAYIR
“Yüksəliş” müsabiqəsi fevralın 8-dən Ümumi biliklər üzrə ilk sınaq imtahanına başlayır.
News24.az-a verilən məlumata görə, əsas imtahan isə fevralın 16-da təşkil ediləcək. Artıq imtahanla bağlı bildirişlər sahiblərinə yetişib. Müsabiqənin imtahan qaydalarında “sınaq imatahanına qatılmaq xüsusilə tövsiyə olunur” qeydi var. Sınaq imatahanı psixoloji hazırlıqla yanaşı, həm də şəxsi kabinetdəki bölmələrdən rahat istifadə, texniki imkanları yoxlamaq, məkanın rahatlığına əmin olmaq, əvvəldən sualların nümunələri ilə tanışlığa imkan yaradır. Bununla həm də öz hazırlığınızı müəyyən etmiş olursunuz. Deməli, sınaq həm də müsabiqədə ilkin təcrübədir.
Qeydiyyatdan keçənlər özlərini sınamağa maraqlıdır?
Artıq ölkənin bir çox peşəkar idarəçiləri, rəhbər təcrübəsi olan adamlar bu sınaqdan keçmək niyyətindədirlər.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova imtahan öncəsi ümumi tanışlığı vacib hesab edir: “Mən “Yüksəliş” müsabiqəsinin bölgələrə təşkil etdyi səyyar qeydiyyat səfərində qeydiyyatdan keçmişəm. Bölgələrdəki insanları məlumatlandırmaq, onların müsabiqəyə qatılmağına xüsusi dəstək göstərilməsi təşəbbüsü təqdirəlayiqdir. Hazırda imtahan ərəfəsindəyik. Düşünürəm ki, neçə illərdir idarəçilik fəaliyyətim olsa da, potensialımı müşahidə etmək, özümü qiymətləndirmək üçün “Yüksəliş” miqyasında platformaya ehtiyacım vardı. Hələ ki, sınaqdan başlayırıq. Müsabiqəyə qatılanlara da tövsiyəm budur ki, bu mərhələni lazımsız hesab etməsinlər. Hər bir test nümunəsi bizim üçün yenilik, yaxud növbəti imtahanların erkən təyinatıdır. İştirakçılara uğurlar arzulayıram”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumunun əməkdaşı, dövlət qulluqçusu Zahid Sadıqov da iştirakçılar arasındadır. O, həm də müsabiqənin ən son yaş kateqoriyası siyahısındadır: “51 yaşındayam, iş təcrübəmdə müəyyən hədəflərə gəlib çatmışam. Ancaq bu müsabiqədə də iştirak mənim üçün yeni təcrübə olar deyə düşündüm. Həm də indiyədək cəmiyyətdə istər-istəməz belə bir təəssürat vardı ki, 35 yaşından sonra gənc sayılmırsan. “Yüksəliş” həm də bu yaş mərhələsindən sonrakı nəsli motivasiyaya səsləyir. Sabahkı sınaq mərhələsinə qatılacağam. İşin bizə qazandırdığı təbii ki, daha çox təcrübə və dünyagörüşüdür. Ona görə sırf biliyə yönəlmiş suallara necə cavab verəcəyim məni düşündürür. Ümid edirəm, nəticələrim məni qane edər. Elə sizin sloqanı özümüzə yönəldib, iştirakçılara arzularımı çatdırıram. “Yüksəliş” BİZİMLƏ başlasın”.
Qeyd edək ki, Ümumu biliklər üzrə imtahanda iştirakçılara Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim edilir. Test suallarının nəticələri testi bitirən iştirakçılara veriləcək. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-50 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik fasilə olacaq. Bu fasilədən istifadə etmək iştirakçıların ixtiyarındadır.