BŞBPİ: Ötən gün axtarışda olan 9 nəfər SAXLANILDI
    • 8-02-2020, 11:01
    • 1 421

BŞBPİ: Ötən gün axtarışda olan 9 nəfər SAXLANILDI

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb. Onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Bakı şəhər Baş Polis İdarəsindən News24.az-a bildirilib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb. 

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.