İtkin düşmüş 4 NƏFƏR TAPILDI
    • 9-02-2020, 10:03
    • 1 612

İtkin düşmüş 4 NƏFƏR TAPILDI

Bakının polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 22 cinayətin üstü açılıb. Onlardan 7 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Bu barədə News24.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.