44 cinayətin üstü açılıb
    • 16-02-2020, 11:41
    • 1 056

44 cinayətin üstü açılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də 44 cinayətin üstü açılıb.


News24.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. Məlumatda bildirilib ki, açılan cinayətlərdən 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.


Bundan əlavə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 7 nəfər saxlanılıb.


Narkotiklərlə əlaqəli 14, oğurluq üzrə 13, soyğunçuluq üzrə 2 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.