AzTV-nin Bədii Şurası İCTİMAİ FİKRİ ÖYRƏNDİ
    • 8-02-2020, 14:39
    • 1 143

AzTV-nin Bədii Şurası İCTİMAİ FİKRİ ÖYRƏNDİ

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək istiqamətində ictimaiyyət nümayəndələri ilə növbəti görüşü Bakı şəhəri Xəzər rayonunda keçirib.

News24.az xəbər verir ki, Mərdəkan Mədəniyyət Sarayında baş tutan görüşdə Bədii Şuranın üzvləri Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, Xalq artisti Faiq Sücəddinov, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar jurnalist Flora Xəlilzadə, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova iştirak ediblər. Bədi Şura üzvləri rayon ictimaiyyətinə Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.