"Biz mehriban ailəyik" - TANINMIŞLAR AZƏRBAYCANA SƏSLƏNDİ- VİDEO
    • 17-04-2020, 10:47
    • 1 739

"Biz mehriban ailəyik" - TANINMIŞLAR AZƏRBAYCANA SƏSLƏNDİ- VİDEO

Azərbaycan Dövlət Televiziyası (AzTV) daha bir maarifləndirici layihə ilə gündəmə gəlib. 

News24.az xəbər verir ki, telekanal həm tanınmış simaları, həm də Bədii Şuranın üzvlərini bir araya gətirərək maraqlı video çarx lentə alıb. Görüntülərdə xalq artistləri Mübariz Tağıyev, Fidan Hacıyeva, Mənsum İbrahimov, Ramiz Quliyev, Təranə Muradova, Siyavuş Kərimi və Əməkdar incəsənət xadimi Baba Vəziroğlu yer alıblar.

Sənətçilər "Qayınana" filmindən tanıdığımız "Biz mehriban ailəyik" mahnısını ifa edərək hər kəsi evdə qalmağa çağırıblar.

Sevda Bayramova