-
- 6-02-2020, 12:21
- 1 732
Moskvada “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisi AÇILDI - FOTOLAR
4 fevral 2020-ci il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Rusiya Federasıyasında Azərbaycan Respublikasının səfirliyi və Marcani fondunun dəstəyi ilə Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində adı çəkilən muzey və Azərbaycan Milli Xalça Muzeyinin “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” adlı birgə sərgisi açılıb.
News24.az xəbər verir ki, Şirin Məlikova (Azərbaycan Milli Xalça Muzeyi), Mariya Filatova, Vera Myasina (Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi) sərginin kuratorlarıdır. Paytaxt KİV-nin böyük marağına səbəb olan sərginin açılışında yaradıcı ziyalılar və diplomatik korpusun nümayəndələri də var idi. Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin direktoru Aleksandr Sedov Azərbaycan Milli Xalça Muzeyinə əməkdaşlığa görə təşəkkür edərək bildirdi ki, bu artıq iki muzeyin ikinci birgə sərgisidir. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova öz növbəsində qeyd etdi ki, xronoloji cəhətdən sərgi ekspozisiyaları bir-birlərini davam etdirirlər: “Ötən ilin “Məkanın harmoniyası” sərgisinin ekspozisiyası əsrlər boyu formalaşmış milli incəsənət estetikasının ənənələrini (interyer, geyim və s.), hazırki sərgi isə bu ənənələrin sovetlər dönəmində dəyişilməsini əks etdirir”. Sərginin kuratoru Mariya Filatova bu sərginin ideyasının yaranması və həyata keçməsi haqqında danışdı.
Açılış mərasimində, həmçinin Rusiya Federasiyasında Azərbaycan Respublikası səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova və Marcani Fondunun prezidenti Rüstəm Süleymanov çıxış etdilər.
Ekspozisiya tarixi kataklizmlərin dekorativ-tətbiqi sənətə təsirindən bəhs edir. Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasından 1920-1970-ci illərdə toxunan xalçalar, Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin (Moskva) kolleksiyasından 1920-1930-cu illərə aid xalça, inqilab mövzusunda tikmələr və eskizlər, “Mərcani” Fondunun (Moskva) kolleksiyasından plakatlar da daxil olmaqla ümumilikdə 40 eksponat nümayiş olunur. İlk dəfə olaraq Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin təşviqat tekstili kolleksiyası bütövlükdə sərgilənir. Nümayiş olunan bütün əsərlər öz dövründə siyasi təbliğatın təsirli aləti olub. Hazırda isə bu sənət nümunələri o dövrdəki anlamlarını itirərək, ideoloji baxımdan presedent olub qədim
sənətkarlıq nümunələri – xalçaçılıq və tikmə sənətində təcəssümünü tapıb.
Qeyd edək ki, bu il Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunur. Bu da Azərbaycan xalça sənətinin daim yaşamasının və inkişafının ən yaxşı sübutudur. Sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən eyniadlı kataloq təqdim olunub. Sərgi 1 mart tarixinədək davam edəcək.
Sevda Bayramova