ŪST-dən koronavirusla bağlı ŞAD xəbər
    • 8-02-2020, 19:11
    • 1 046

ŪST-dən koronavirusla bağlı ŞAD xəbər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirusla bağlı ilk dəfə müsbət dinamika müşahidə ediblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, virusun yayılma sürəti fevralda (7 fevral – 10,2%) əvvəlki ayla müqayisədə (23 yanvar – 46%) azalıb.

Bu barədə təşkilatın hesabatında deyilir. Bununla belə ÜST koronavirusun simptomları müşahidə olunarsa, dərhal həkimə müraciət etməyi məsləhət görür.

Qeyd edək ki, son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 35 min nəfərə çatıb. Yalnız 2,4 min nəfər bu xəstəlikdən sağala bilib. 725 nəfər isə dünyasını dəyişib.