-
- 13-04-2020, 23:53
- 1 268
Dünyada koronavirusa yoluxanların sayı 76 mini ötdü - ÜST
Aprelin 13-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 773 084 nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 76 498 nəfər yeni koronavirusa yoluxub, 5 702 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 773 084 nəfərə, ölənlərin isə 111 652 nəfər çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 913 349 yoluxma və 77 419 ölüm halı. Avropa regionunda sutka ərzində 33 243 yoluxma halı, 3 183 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 13-nə olan məlumatlara əsasən, yoluxanların sayı 610 742 nəfərə, ölənlərin sayı isə 23 759 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 121 426 yoluxma və 4 125 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (524 514), İspaniyada (166 019), İtaliyada (156 363), Almaniyada (123 016), Fransada (94 382), Çində (83 597), Böyük Britaniyada (84 283), İranda (71 686), Türkiyədə (56 956) və Belçikada (29 647) qeydə alınıb.