Bakıda “BMW Fest Azerbaijan 2018” festivalı baş tutdu - FOTOLAR - VİDEO
    • 10-09-2018, 13:50
    • 3 255

Bakıda “BMW Fest Azerbaijan 2018” festivalı baş tutdu - FOTOLAR - VİDEO

Ötən gün Bakıda BMW Club Azerbaijan Avtomobil İdman Klubunun təşkilatçılığı ilə sayca ikinci dəfə “BMW Fest Azerbaijan 2018” festivalı keçirilib. 

 “Riad” ticarət mərkəzi, “Bizim Ev” mebel şəhərində baş tutan tədbirə maraq həddindən artıq olub. 

Tədbirdə Azərbaycanda ilk dəfə olaraq Drift müsabiqəsi keçirilib. Müsabiqədə yerli iştirakçılarımız Rizvan Dadaşov, Kamil Babayev, Xəyal Ağcabəyli, Elvin Xudaverdiyev, Fərid Quliyev, Fərhad Gözəlov, Mövsüm Xudaverdiyev və xarici ölkələrin pilotları yer alıb. 

Festivalda iştirak edən avtomobilər və təqdim edilən şoular hər kəsi həyəcanlandırıb. 

“BMW Fest Azerbaijan 2018” festivalından olan görüntüləri yayımlayırıq:

Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov