Məzahir Pənahov:
    • 9-02-2020, 16:33
    • 1 127

Məzahir Pənahov: "Seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

News24.az xəbər verir ki, M.Pənahov qeyd edib ki, seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır: "Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxmaq lazımdır, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".