Bu seçkidə kim uduzdu, kim uddu?
    • 9-02-2020, 23:43
    • 1 652

Bu seçkidə kim uduzdu, kim uddu?

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun seçki qərargahında bu dəqiqlərdə qələbəlik və yüksək əhval-ruhiyyə yaşanır.


News24.az xəbər verir ki, Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, Rauf Arifoğlu 45,1 faiz səslə seçkidə qalib gəlib və deputat seçilib.


Rauf Arifoğlu artıq qələbə çıxışını da edib və komandasına əsas rəqibi, Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına hər hansı ağır ifadə işlətməməyi xahiş edib.


O bildirib ki, seçki bitdi, qələbə qazandıq və bundan sonra seçki prosesində səslənən ifadələr təkrar edilməməlidir.