-
- 10-02-2020, 10:51
- 1 251
"Yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim". - AYNİŞAN
Bir neçə gün öncə gəlin köçən Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyev oğlan toyundan təəssüratlarını bölüşüb.
News24.az xəbər verir ki, Aynişan gəlinliklə bağlı problem yaşayıb: "Oğlan toyumda tamamilə fərqli obrazda idim. Düzdür, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir əlbisə hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış biz qaçdıq gəlinlik donu axtarışına. Heç şişirtmədən, necə var, elə də yazacam. Bir neçəsini geyindim baxdım, amma buna aşiq olduq hamımız. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçsəm də, bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Bütün dərzilər əlindəki işlərini dayandırıb sadəcə bu geyimlə məşğul oldu. Cəmi 1 saata gəlinlik hazır oldu və mən artıq panikam bitmiş halda evə döndüm. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim".
Sevda Bayramova