İTV-də YENİ TƏYİNAT - EKSKLÜZİV - FOTO
    • 11-02-2020, 18:03
    • 2 459

İTV-də YENİ TƏYİNAT - EKSKLÜZİV - FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini vəzifəsinə yeni təyinat olub. 

News24.az
-a daxil olan məlumata görə, bu vəzifəyə Vasif Məmmədov təyin olunub. 

Qeyd edək ki, İTV-yə yeni təyinat alan Vasif Məmmədov Təhsil Nazirliyində Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 

İctimai Televiziya və Radio Yayımları Şirkətindən fakt News24.az-a təsdiqlənib.

Bildirilib ki, bu qərar İTV-nin Yayım Şurasının növbəti iclasında verilib.

İclasda Yayım Şurasının sədri Muxtar İmanov, İTV-nin Baş direktoru Balakişi Qasımov və Şura üzvləri iştirak ediblər. Toplantı zamanı 2019-cu ilin nəticələri, 2020-ci il üçün nəzərdə tutulan planlar, həmçinin yeni struktur dəyişikliyi və digər cari məsələlər müzakirə olunub. 

İclasda Baş direktor Balakişi Qasımovun təqdimatına əsasən Yayım Şurası Məmmədov Vasif Vaqif oğlunu Baş direktorun müavini vəzifəsinə təyin edib. Vasif Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr və Menecment fakultəsi məzunudur. 

Məlumatda bildirilib ki, aparılan kadr və struktur dəyişikliyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının yüksəldilməsinə  xidmət edir.