İTV-də yüksək vəzifələrə kadr təyinatları olub - SİYAHI
    • 6-09-2018, 18:45
    • 1 160

İTV-də yüksək vəzifələrə kadr təyinatları olub - SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.

Yayım Şurasının qərarı ilə Həmidov Rəhim Bağır oğlu baş direktorun müavini, Osmanova Günel Aslan qızı Kadrlar və xüsusi işlər departamentinin direktoru, Şükürova Könül Arif qızı Səhər proqramları departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç Beynəlxalq əlaqələr departamentinin direktoru, Seyidov Mehmandar Ənvər oğlu Hüquq departamentinin direktoru, Məmmədov Məmmədəli Nazim oğlu Radionun proqram direktorluğu departamentinin direktoru, Hakimov Kənan Eldar oğlu İdman departamentinin direktoru, Cəfərli Minijə Cəmşid qızı isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.