İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndələrini QƏBUL ETDİ
    • 10-02-2020, 13:25
    • 747

İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndələrini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.