Astarada 3 otaqlı ev yandı
    • 11-02-2020, 09:10
    • 675

Astarada 3 otaqlı ev yandı

Astara rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın Tənğərüd kəndində qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 165 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Zirzəmiyə yığılan 5 m² taxta materialı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.