Qara görə yollara xüsusi texnikalar ÇIXARILDI - AAYDA
    • 11-02-2020, 10:35
    • 603

Qara görə yollara xüsusi texnikalar ÇIXARILDI - AAYDA

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

AAYDA-dan News24.az-a verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.