-
- 11-02-2020, 20:00
- 1 492
13 yaşlı Xəyal bacısının ad günündə ölübmüş...
Bir neçə gün öncə Gəncədə dəm qazından boğulan 13 yaşlı uşaqla bağlı yeni detallar məlum olub.
News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Xəyal Məmmədov bacısının ad günündə, fevralın 6-da hamamda çimərkən dəm qazından zəhərlənib. Yaxınlarının verdiyi xəbərə görə, X.Məmmədov həmin gün evdə anası ilə birgə olub.
Anası ona hamamda olan zaman səslənəndə X.Məmmədov “Qoy 5 dəqiqə də isti suyun altında durum, çıxıram”, - deyə cavab verib.
Bir müddət oğlunun hamamdan çıxmadığını görən ana ora daxil olub və övladını huşsuz vəziyyətdə tapıb. Qonşularını köməyə çağırıb və onların yardımı ilə uşağı xəstəxanaya aparıblar. Lakin 13 yaşlı Xəyal yolda vəfat edib.
Hadisədən bir neçə gün əvvəl, yanvarın 28-də Xəyalın öz ad günü olubmuş. X.Məmmədov Gəncə şəhər 32 saylı məktəbin şagirdi olub.