-
- 11-02-2020, 21:45
- 1 116
Baş nazirdən elektrik və istilik qurğularının istismarı ilə bağlı MÜHÜM QƏRAR
“Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilib.
News24.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.
Qərara əsasən, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilib.
Bu Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.