-
- 13-02-2020, 10:53
- 951
Abşeronda 17 küçə TƏMİR EDİLİR - FOTO
Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 17 küçədə təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 250 min kv.m-dən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Təmiri aparılan və nəzərdə tutulmuş küçələr Mehdiabad qəsəbəsi üzrə Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev, Qobu qəsəbəsi üzrə Mirzə Ələkbər Sabir, Qara Qarayev, Aşur Həsənbalayev, Çingiz Mustafayev və Sona Salmanova, Ceyranbatan qəsəbəsi üzrə Heydər Əliyev, Masazır kəndi üzrə Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov, Akim Abbasov və Şıxəli Qurbanov küçələri, Saray qəsəbəsi üzrə isə Mikayıl Müşfiq küçəsi və Heydər Əliyev prospektidir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.