Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə ARTIRILACAQ
    • 13-02-2020, 19:24
    • 842

Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə ARTIRILACAQ

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

Bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb. /Report/