Sərnişinlər nəzərinə: Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
    • 11-09-2018, 11:05
    • 1 425

Sərnişinlər nəzərinə: Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.