-
- 14-02-2020, 18:47
- 899
BŞBPİ 16 fevral mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) fevralın 16-da keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarına - Müsavat başqanının müavini Fərəc Kərimli, D 18 təşkilatının rəhbəri Ruslan İzzətli və deputatlığa namizəd Günel Səfərliyə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Fərəc Kərimli açıqlamasında bildirib ki, bu gün onlar BŞBPİ-yə dəvət olunaraq, BŞBPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı ilə görüşüblər. Görüşdə onlara xəbərdarlıq olunub ki, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanda - saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında deyil, fərqli məkanda keçirilməsinə cəhd olsa, aksiyanın qarşısı alınacaq.
Qeyd edək ki, bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib. BŞİH mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edib.
Bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.
BŞİH-nın fevralın 12-də mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilmişdi.
Bundan sonra təşkilatçılar fevralın 13-də yenidən BŞİH-nə müraciət etmişdi.
Nəzərdə tutulan mitinqlə əlaqədar təşkilatçılar bu gün saat 17.00-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmişdi. /APA/