Masadakı qələmi görən Paşinyanın "gözü kəlləsinə çıxdı"
    • 15-02-2020, 01:35
    • 935

Masadakı qələmi görən Paşinyanın "gözü kəlləsinə çıxdı" "Korloff" həyəcanı - VİDEO

Ermənistanın Baş Naziri Nikol Paşinyan Münhen konfransı çərçivəsində Moldova Prezidenti İqor Dodonla görüşü zamanı gözlənilməz vəziyyətlə üzləşib.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dodonla görüşdükdən sonra masa arxasında əyləşən Paşinyanın diqqətini stolun üstünə qoyulmuş “Korloff” markalı qələm çəkib. Qələmi əlinə alıb bir neçə saniyə təəccüblə ona baxan erməni Baş Nazir daha sonra onu yerinə qoyub.
Qeyd edək ki, Nikol Paşinyanla Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında “Korloff” qələminə görə böyük qalmaqal yaşanmışdı. Belə ki, eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Tovmasyanı vəzifəsindən kənarlaşdırmaq üçün ölkədə referendum keçirilməsinə belə qərar verilib. Paşinyan KM sədrinin ona xüsusi xidmətlərini təklif etdiyini bildirmiş və bu görüşün sübutu kimi Tovmasyanın ona verdiyi 500 avro dəyərindəki “Karloff” qələmini göstərmişdi.


Hrayr Tovmasyan isə əvvəlcə bu iddiaları yalanlamış, sübut göstərə bilməsə, Paşinyanı məhkəməyə verəcəyini demişdi. Daha sonra isə Baş Nazir video-müraciət hazırlayaraq həmin qələmi nümayiş etdirmiş və “Şeytan detallarda gizlidir” demişdi. Paşinyanın bu “sübut”u isə təkcə Tovmasyan tərəfdarlarına deyil, digər seqmentlərdən olan təbəqəyə də gülməli gəlmişdi. Tovmasyan isə vəkillər komandasına Paşinyana qarşı məhkəmə iddiası hazırlamağı tapşırmışdı.

Bununla belə, Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib. Referendumun martın sonu aprelin əvvəlində keçirilməsinin nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.
//Qafqazinfo