Lənkəranda usta faciəli şəkildə öldü
    • 16-02-2020, 15:27
    • 1 541

Lənkəranda usta faciəli şəkildə öldü

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq vəfat edib.


News24.az xəbər verir ki, dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb.


N.Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün səhər saatlarında vəfat edib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.