Motosiklet “Mercedes”lə toqquşdu - canından oldu
    • 17-02-2020, 22:29
    • 1 209

Motosiklet “Mercedes”lə toqquşdu - canından oldu

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Oruclu kənd sakini 1986-cı il təvəllüdlü Rzayev Orxan Bəylər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini, 1955-ci il təvəllüdlü Zeynalov Əlibala Ağabala oğlunun idarə etdiyi motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.