Təhsil Nazirliyindən xəbərdarlıq: Bilik günü qeyd edilməyəcək
    • 11-09-2018, 20:00
    • 1 553

Təhsil Nazirliyindən xəbərdarlıq: Bilik günü qeyd edilməyəcək

Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün “Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bildirib ki, sentyabrın 17-də məktəblərdə “Bilik Günü” qeyd edilməməlidir.
Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bütün orta məktəblərdə “Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçirilməlidir.
C.Valehov əlavə edib ki, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər.
C.Valehov həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağını da açıqlayıb.