"O qədər çox insan  itirmişəm ki, daha heç bir itki  vecimə deyil" - PƏRVİN ABIYEVA
    • 19-02-2020, 11:20
    • 1 312

"O qədər çox insan itirmişəm ki, daha heç bir itki vecimə deyil" - PƏRVİN ABIYEVA

"Mən qəddar olmuşam. Artıq kiminsə həyatımdan getməsinə üzülmürəm. Hətta bunun itki olduğunu belə hiss etmirəm". 

News24.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında yazıb: "Elə bil ki, siqaretdir, çəkib bitirmişəm. Telefonun susmağı, güclü dayağımın olmaması, kömək əlinin uzadılmaması mənə təsir etmir. Artıq başqasının seçimi mənə əziyyət vermir. O qədər çox insan  itirmişəm ki, daha heç nə vecimə deyil. Bəlkə də, mən buna alışmışam... "

Sevda Bayramova