-
- 19-02-2020, 15:20
- 1 661
Sahil Mühafizəsinin yaradılmasının ildönümü QEYD OLUNDU
Xəzər dənizində Azərbaycanın dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) News24.az-a verilən məlumata görə, tədbirdə DSX rəisi general-polkovnik Elçin Quliyev iştirak edib. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmə-tinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək hələ 15 il öncə dənizdə dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradıldığını, 2008-ci ilin noyabr ayının 8-də regionumuzda bənzəri olmayan yeni dəniz hərbi bazasının istifadəyə verildiyini, ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev tərəfindən canlı debatda beynəlxalq auditoriya qarşısında Ermənistanın Baş nazirinə tarix və beynəlxalq siyasət dərsi keçməklə torpaqlarımızın işğal altında qalması ilə bağlı barış¬maz mövqeyini, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsinin fundamental haqqımız olduğunu, milli dövlətçiliyimizin gücünü, qüdrətini və yenilməzliyini növbəti dəfə nümayiş etdirdiyini diqqətə çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu tarixi hadisənin Azərbaycan sərhədçisinin qələbə əzmini, qəhrəmanlıq ruhunu yüksəklərə qaldırdığını xüsusilə vurğulayıb.
Xidməti-döyüş fəaliyyətinə başladıqları ilk gündən dəniz sərhədçilərinə xüsusi diqqət ayıran Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"nın icrasının təmin edilməsi üzrə DSX-nin Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”nin inşa edildiyini, 12 ədəd “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinə baxış məqsədilə Prezident İlham Əliyevin dəfələrlə DSX-nin Sahil Mühafizəsinin bazasında olmasını xüsusilə qeyd edən general-polkovnik Elçin Quliyev bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının xeyli genişləndiyini, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daim ali diqqətin göstərildiyini və yüksək nəticələrin əldə olunduğunu qeyd edib.
2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın imzalanmasını əlamətdar hadisə kimi qeyd edən Dövlət Sərhəd Xidmətinin rəisi bu sənədin dəniz sərhədlərimizin mühafiziəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaratdığını bildirib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dənizçi sərhədçilərin Xəzər dənizində əldə etdiyi yüksək nailiyyətlər haqqında məruzə edib. Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə edən bir qrup hərbi qulluqçu təltif edilib.