-
- 20-02-2020, 20:24
- 1 630
İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşdü - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb.
News24.az xəbər verir ki, Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlət başçısı İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdiriblər.
İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırladıb. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd edib. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Prezident deyib ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Dövlət başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd edib. İlham Əliyev “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirib. Xüsusi qeyd olunub ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.
Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulanıb. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.