-
- 24-02-2020, 20:07
- 1 242
Sabirabadda nəticələr ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 63 saylı Sabirabad seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
News24.az xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Sadıqov Qiyas müraciətində səsvermə günü seçki məntəqələrində müxtəlif seçki pozuntularına yol verildiyini qeyd edib.
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 28 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.
Qeyd edək ki, həmin dairədə lider namizəd Kamal Cəfərovdur.