-
- 22-02-2020, 10:05
- 722
Qaz sayğaclarına müdaxilələrin qarşısı BELƏ ALINACAQ - VİDEO
Qaz sayğaclarına müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutular quraşdırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən News24.az-a verilən məlumatda bildirilib ki, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır. Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prasedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür.