-
- 22-02-2020, 12:43
- 972
“Narkomaniyaya yox deyək!” mövzusunda TƏDBİR KEÇİRİLDİ - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çarxı kəndində yerləşən Gülümbala Rəsulov adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan News24.az-a verilən məlumata görə, rayon təhsil şöbəsinin nümayəndələrinin, rayon ziyalılarının, məktəbin pedaqoji heyətinin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə məktəblilərə narkotik maddələrin zərərləri barədə geniş məlumat verilib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov şagirdlərə müasir dövrümüzdə gənclər arasında ən çox yayılan bəlalardan olan narkomaniyanın fəsadlarından danışıb. O, bildirib ki, narkomaniyanın gənc nəslin arasında asan yayılmasının ən başlıca səbəbi onların bu maddələr haqqında yetərincə məlumatlı olmamalarından irəli gəlir. Çünki ilk dəfə bu maddədən istifadə edən şəxslər bir müddətdən sonra onun aludəçisinə çevriləcəyini dərk etmir, vaxt keçdikdə isə onlarda bu maddələrə qarşı təlabat və aslılıq yaranır. Ona görə də yeniyetmə və gənclər pis vərdişlərdən daim uzaq durmalı, bu yola düçar olmuş şəxslərdən kənar gəzməli, ali təhsil ocaqlarının tələbəsi olmaq üçün əzmlə çalışmalısınız.
Daha sonra çıxış edən RPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Hüseyn Zeynalov, MRX-nın həkimi – narkoloq Ağakərim Muradxanov, eləcə də digər tədbir iştirakçıları tədbirin mövzusu ətrafında çıxışlar edərək, şagirdlərə dəyərli tövsiyyələr veriblər.
Tədbir məktəblilərə narkotik vasitələrin zərərlərini əks etdirən videoçarxın nümayiş olunması ilə yekunlaşıb.