-
- 12-09-2018, 12:38
- 2 589
Milli azlıqlar layihəsi-Talışlar
Talışlar, Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik və qismən Masallı rayonunda, eləcə də, İranın şimalında yaşayan xalqdır.
News24.az xəbər verir ki, talışların əksəriyyəti ənənəvi olaraq şiə müsəlmanıdır. İranda yaşayan talışların bir qismi sünnidir. Deyilənə görə talış kəndlərində evlər iki cür olur. Bir qisim evlərin üzərinə dəmir vurmur,palçıqla suvayırdılar. Bu palçıq su keçirtmir. İki əsr əvvəldən qalma bu evlərin qalıqları hələ də Lerik kəndlərində qalır. Əsasən bu dövrün evlərində pəncərə olmurdu. Səbəbi isə İranla sərhəddə yaxın olan kəndlərə, Şahsevənlərdən quldur dəstələrinin basqın etməsidir. Çünki pəncərəni sındıraraq içəri girmək asan olurdu, bacadan girmək yox. Talışların toy mərasimləri bir ay əvvəldən başlayır. Toy günü gəlini atın belində, başına qırmızı duvaq örtüb aparırlar. Bu ənənə hazırda bir çox dağ kəndlərində qalmaqdadır. Gəlin evə çatanda, ayağının altında qurban kəsilir. Evdə olan hərkəs qapıya çıxıb gəlini qarşılamalıdır. Gəlin evə girdikdən sonra 3 gün ərzində ailə üzvlərindən başqa heçkim evə gələ bilməz. 40 gün ərzində gəlin az insanla ünsiyyətdə olmalıdır ki, göz dəyməsin. Talışların yas adətləri bizim yas adətlərimizdən çox da fərqlənmir. Lerikin bəzi kəndlərində ölü dəfn edildikdən sonra heçkim yas evinə gəlmir. Üçü günü gəlib başsağlığı verib gedirlər. Lənkəranın məhşur “Nənənlər” qrupunu yəqinki tanımayan yoxdur. Qrup ilk dəfə 4 bacı tərəfindən yaranıb. Onlar rəhmətə getdikdən sonra, hazırda Gülbəzər Kərimova xalasının və nənəsinin qrupunu yaşadanlardır. Nənələr qrupunun ilk adı ”Bacılar” olub. Bacılar qocalandan sonra Lənkərandakı tədbirlərin birində Heydər Əliyev onları dinləyən zaman, qrupun adını "Nənələr" kimi əvəzlənməsini deyib.
Şəlalə Ağayeva