-
- 4-07-2019, 15:40
- 1 745
“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib - FOTO
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Lənkəran şəhərində, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Astara, Ruslan Əliyev isə Masallı rayonlarında vətəndaş qəbulu keçiriblər.
“Azəriqaz”dan News24.az - a verilən məlumata görə, qəbulda Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.
“Azəriqaz” rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.