Bu il Azərbaycanda 4400-dən çox zəlzələ qeydə alınıb
    • 30-10-2018, 21:00
    • 908

Bu il Azərbaycanda 4400-dən çox zəlzələ qeydə alınıb

İlin əvvəlindən bəri ölkəmizdə 4400-dən çox yeraltı təkan qeydə alınıb. Onlardan 27-si digərləri ilə müqayisədə daha çox hiss olunub. Son vaxtlar Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Kiçik Qafqaz, Talış zonası, orta və şimali Xəzər bölgələrində daha çox seysmik aktivlik müşahidə edilir. İl ərzində qeydə alınan zəlzələlərin əksəriyyəti də həmin bölgələrdə baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.
Onun dediyinə görə, bu il iyunun 4-də Zaqatalada qeydə alınan maqnitudası 5 baldan yüksək, episentrdə isə 6 bal olan zəlzələ hələ ki, ən güclü təkandır. İlin ikinci güclü təkanı avqustun 29-da Lerik-Lənkəran sərhədində, Lerik rayonu ərazisində baş verib. Həmin təkanın gücü episentrdə 5 baldan çox olub.
Direktor, həmçinin bildirib ki, zəlzələni qabaqcadan proqnozlaşdırmaq mümkündür. Q.Yetirmişli yaxın vaxtlarda ölkə ərazisində katastrofik, dağıdıcı gücə malik zəlzələlərin gözlənilmədiyini, xırda təkanların isə hər gün baş verdiyini diqqətə çatdırıb.

//Azərtac