Sumqayıtda 4-cü kurs tələbəsi özünü asdı
    • 23-02-2020, 12:34
    • 1 609

Sumqayıtda 4-cü kurs tələbəsi özünü asdı

Sumqayıtda intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, əslən İmişlidən olan Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu dəniz sahilində özünü ağacdan asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, intihar edən şəxs Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin 4-cü kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.