BNA nümayəndələri Kiyevdə SƏRGİDƏ- FOTO
    • 24-02-2020, 11:25
    • 627

BNA nümayəndələri Kiyevdə SƏRGİDƏ- FOTO

Ukraynanın paytaxtı Kiyev şəhərində “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransı keçirilib.

Agentliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sayca 4-cü olan sərgi-konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda
Sərgi çərçivəsində, keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.