Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib - NAZİRLİK
    • 24-02-2020, 12:15
    • 747

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib - NAZİRLİK

Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub. Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.