" Heç bir ağac kəsintisi faktı olmayıb" - NAZİRLİKDƏN AÇIQLAMA
    • 24-01-2020, 17:30
    • 1 041

" Heç bir ağac kəsintisi faktı olmayıb" - NAZİRLİKDƏN AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a veriln məlumata görə, araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.

 ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC –nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.