-
- 7-05-2019, 11:22
- 1 077
Qanunsuz ağac kəsdirən sahibkarın işi BAŞ PROKURORLUĞA GÖNDƏRİLDİ - RƏSMİ
Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
ETSN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mayın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.