-
- 24-02-2020, 16:00
- 1 393
İrandan gələn iki nəfər koronavirus təhlükəsi ilə “Semaşko”ya YERLƏŞDİRİLDİ
İrandan Azərbaycana gələn iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzin yolxucu xəstəliklər şöbəsindən News24.az-a verilən məlumata görə, həmin şəxslərdə koronavirus aşkarlanmayıb: “Vəziyyətləri yaxşıdır, narahatlığa heç bir əsas yoxdur. Hərarətləri də yoxdur”.
Xəstəxanadan gələlərin xüsusi bağlı geyimdə olması məsələsinə də münasibət bildirildi: “Sadəcə olaraq onlar İrandan gətirildiyinə görə və hələ yoxlanmadığına görə bağlı idi. İndi yoxlanılıblar, vəziyyətləri normaldır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi də məlumatı təsdiqlədi. Bildirilir ki, Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, gətirilən 2 nəfər 1995 və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır. Xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə hal hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur.
Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.
Afaq Mirayiq