-
- 12-09-2018, 17:20
- 1 368
Prezident NATO Parlament Assambleyasının sədrini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev özünün ötən il NATO-nun mənzil-qərargahına səfərini məmnunluqla xatırlayaraq NATO baş katibi ilə və eləcə də Şimali Atlantika Şurasında keçirilən görüşlərdə Azərbaycanın NATO-Azərbaycan əməkdaşlığı və regiondakı rolu barədə çox müsbət fikirlərin söylənildiyini qeyd edib.
Azərbaycan–NATO əməkdaşlığının bir çox illərdir həyata keçirildiyini və müxtəlif sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Qətiyyətli Dəstək Missiyasında iştirakının və orada hərbçilərimizin sayının artırılmasının NATO tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Dövlət başçısı NATO Parlament Assambleyasının sədri Paolo Allinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-NATO və eləcə də Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
NATO Parlament Assambleyasının sədri Paolo Alli Prezident İlham Əliyev ilə görüşündən məmnunluq hissi keçirdiyini qeyd edərək Azərbaycan Prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını bildirib.
Paolo Alli Azərbaycan-NATO əlaqələrinin inkişafında Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyasının rolunu vurğulayıb.