MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi
    • 25-02-2020, 22:37
    • 1 308

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası 9 fevral parlament seçkilərinə yekun vurub. 

News24.az xəbər verir ki, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlər yoxlanılıb və seçkilərin ümumi yekunlarına dair protokol tərtib edilib. 

Protokol iclasda təsdiq edilib və təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə qərar verilib.