-
- 25-02-2020, 20:02
- 1 294
Ümumilikdə, 87 seçki məntəqəsi buraxıldı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 fevral parlament seçkilərinə yekun vurulub.
News24.az xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokol MSK tərəfindən təsdiq edilib.
İclasda seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsinə qərar verilib. İclasda 87 seçki məntəqəsinin buraxılmasına dair qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 216 şikayət daxil olub. Onun sözlərinə görə, şikayətlərdən 17-si əsassız olduğundan təmin edilməyib. Qurum rəhbəri bütün şikayətlərə ətraflı baxıldığını bildirib.