-
- 27-02-2020, 19:01
- 1 474
"Bu xəstəliyə daha çox immuniteti zəif olan və yaşlı insanlar yoluxurlar"- BAŞ İNFEKSİONİST
Əslində, 2019-nCoV adlı koronavirus insanların hesab etdiyi kimi təhlükəli xəstəlik deyil. Bu xəstəlikdən ölüm halları qrip virusundan ölüm halları ilə müqayisədə daha az baş verir.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev əhali arasında xəstəliklə əlaqədar yaranan ajiota münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bütün dünyada koronavirusa yoluxanların 3,5 faizində ölüm baş verir ki, bu da digər qrip viruslarına yoluxma ilə müqayisədə daha azdır.
C.İsayev qeyd edib ki, xəstəliyə daha çox immuniteti zəif olan və yaşlı insanlar yoluxurlar. Xroniki, onkoloji, şüa müalicəsi alan insanlar koronavirusa yoluxduqda xəstəliyi daha ağır keçirirlər. Bu xəstəliyə yoluxanların 80 faizi yuxarı yaşlı insanlar olduğundan onlarda bu koronavirusun inkişaf etmə səviyyəsi yüksək olur: "Yaşlı insanlarda xroniki xəstəliklər çox olduğundan xəstəliyin ağır gedişatı baş verə bilər. Çox zaman ağır gedişatlı xəstəlik zamanı xəstədə ağciyər çatışmazlığı baş verir. Ağır gedişatlı xəstəliyin 16,6 faizində pnevmaniya baş verir”.
C.İsayev bildirib ki, Azərbaycanda koronavirusa şübhəli xəstələr həkim müşahidəsi altında saxlanılsa da, koronavirusa yoluxma halı qeydə alınmayıb. Lakin buna baxmayaraq, Azərbaycan dünyadan təcrid olmadığı üçün bu epidemiyanın təsirinə məruz qala bilər.
Baş infeksionist Azərbaycana virusun gətirilməməsi üçün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə çatdırıb.
C.İsayev əlavə edib ki, koronavirusa yoluxma çox sıx təmas zamanı baş verir.
Baş infeksionist deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur: “Bu zaman insanlarda zökəm əlamətləri - buruntutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Vətəndaşlar fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər".