Bakıda 3 narkotacir 2 kq-dan çox HEROİNLƏ TUTULDU

Bakıda 3 narkotacir 2 kq-dan çox HEROİNLƏ TUTULDU
KRİMİNAL

28-02-2020, 11:55

Mətn ölçüsü

Bakıda narkotacirlər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini F.Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Füzuli rayon sakini V.Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 24 qrama yaxın heroin aşkar edilərək götürülüb.

V.Novruzova narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Rəsulov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 250 qramdan artıq heroin, 2 qram metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 2 kiloqram heroin aşkar edilərək götürülüb.